525.Az

Bakıda məhbus həbsxananın dəhlizində öldü


 

Bakıda məhbus həbsxananın dəhlizində öldü<b style="color:red"></b> Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.
 
Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib.
 
Qeyd edək ki, dünyasını dəyişmiş məhbus Naxçıvan MR, Şərur rayonunun Yayıcı kəndində anadan olubmuş.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





22.05.2013    çap et  çap et