525.Az

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək


 

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək<b style="color:red"></b> Bakıda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
 
“Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək. Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında  ən geniş yayılmış nitq qüsuru - dislaliya  haqqında geniş bilikləri əks etdirir.
 





17.08.2017    çap et  çap et