525.Az

Sumqayıtda yaşayış binasında yanğın: 15 sakin təxliyə edildi


 

Sumqayıtda yaşayış binasında yanğın: <b style="color:red">15 sakin təxliyə edildi</b> Sumqayıtda yaşayış binasında yanğın olub.
 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd "LG" markalı televizor və mebel 3 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən, 4 nəfər azyaşlı) təxliyə olunub.

Mənzil yanğından mühafizə edilib.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





17.08.2017    çap et  çap et