525.Az

"Barselona terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"


 

"Barselona terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur"<b style="color:red"></b> Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib:
 
“Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.

Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.
 





18.08.2017    çap et  çap et