525.Az

Bulaq başında


 

Bulaq başında<b style="color:red"></b>

Bugünlərdə Gədəbəy rayonunun Qoşabulaq kəndində füsünkar gözəlliyə malik olan şamlıq meşəsində, Şahzadə bulağında ailəliklə qonaq olduq. Ağammədin bulaq başına gələn qonaqları öz qeyri-adi məharəti ilə necə əyləndirdiyinin şahidi olduq.

Ağamməd Rzayev 1960-cı ildə Gədəbəy rayonunun dilbər guşələrindən biri olan Moruxlu kəndində dünyaya göz açıb. Özünün danışdığına görə, uşaqlığı çətin keçib, anası vəfat edib yetim qalıb. Ona görə də xınna dairəsində hamı onu yetim Ağamməd kimi tanıyır.

Hazırda ömrünün 57-ci baharını yaşayır. Dörd övlad atasıdır, iki oğlu, iki qızı var.

O, fitri istedad sahibidir. Heç bir musiqi alətindən istifadə etmədən barmaqlarını, dodaqlarına qoyaraq xalq mahnılarımızı, bayatılarımızı gözəl ifa edir. Respublikamızın müxtəlif televiziya kanallarında çıxış edib. Bu gözəl insana uzun ömür, can sağlığı arzu edirəm.

Anar MƏMMƏDOV

 





18.08.2017    çap et  çap et