525.Az

Havanın temperaturu yüksələcək


 

Havanın temperaturu yüksələcək<b style="color:red"></b>

 Yaxın 2 gündə ölkə ərazində havanın temperaturunda yüksəlmə müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu  Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mayın 23-24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub şərq küləyi əsəcək. Havanın temperaturu mayın 23-də gecə 13-17, gündüz 23-28 dərəcə, mayın 24-də gecə 14-18, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında mayın 23-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacağı, şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcə, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
 
Mayın 24-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman qeydə alınacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcə, dağlarda 6-11, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

 





22.05.2013    çap et  çap et