525.Az

Saakaşvili niyə Gürcüstana qayıtmır?


 

Saakaşvili niyə Gürcüstana qayıtmır? <b style="color:red"></b> Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana dönərək məhkəmə qarşısına çıxmayacağını deyib.
 
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o bu addımı Ukrayna xalqına islahatlarla bağlı verdiyi sözlə əlaqələndirib.

“Mən fəal ukraynalı siyasətçiyəm və mənim bu ölkədə çoxlu tərəfdarım var. Və mən Ukrayna xalqına bu mübarizədə sona qədər gedəcəyimi elan etmişəm”.
 
Siyasətçi İnterpolun onu beynəlxalq axtarışa verməməsinin səbəbi kimi barəsində açılan cinayət işinin siyasi motivli olmasını vurğulayıb.
 





18.08.2017    çap et  çap et