525.Az

Bakıda çağırışa gedən təcilli yardım həkimi döyüldü


 

Bakıda çağırışa gedən təcilli yardım həkimi döyüldü<b style="color:red"></b> Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb.

Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.
 
Həkim polisə şikayət edib.
 
Faktla bağlı araşdırma aparılır.
 





18.08.2017    çap et  çap et