525.Az

İlin ən populyar smartfonu


 

İlin ən populyar smartfonu<b style="color:red"></b>

Analitiklər bu ilin ikinci rübünün ən populyar smartfonunu müəyyənləşdirmək üçün araşdırma aparıblar.

AZƏRTAC strategyanalytics.com saytına istinadla xəbər verir ki, 2017-cu ilin ikinci rübündə “Apple” şirkətinin istehsalı olan “İphone 7” smartfonları lider olub.
 
Qadjet satışı 16,9 milyon vahid təşkil edib ki, bu da dünya smartfon bazarının 5 faizi deməkdir.
 
Ekspertlər vurğulayıblar ki, əlverişli və cəlbedici dizaynına və geniş funksionallığına görə “Apple” şirkətinin smartfonları populyarlıq qazanıb.

 





18.08.2017    çap et  çap et