525.Az

İspaniyada terror aktı zamanı yaralananlardan 15 nəfərin vəziyyəti ağırdır


 

İspaniyada terror aktı zamanı yaralananlardan 15 nəfərin vəziyyəti ağırdır<b style="color:red"></b> İspaniyanın Barselona və Kambrils şəhərlərində terror aktı zamanı yaralananlardan 15 nəfərin vəziyyəti ağırdır.
 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kataloniya hökumətinin məlumatında bildirilir.
 
Məlumata əsasən, xəstəxanaya yerləşdirilən 126 nəfərdən 67-si evə buraxılıb, 59 nəfər xəstəxanalarda müalicə almaqda davam edir.
 
İyunun 17-də Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb, 5 terrorçu polis tərəfindən zərərsizləşdirilib.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.
 





19.08.2017    çap et  çap et