525.Az

Trampın "Twitter" hesabının 2 milyard dollar qiymətində olduğu bildirilir


 

Trampın "Twitter" hesabının 2 milyard dollar qiymətində olduğu bildirilir<b style="color:red"></b>

ABŞ prezidenti Donald Trampın "Twitter" hesabı şirkətin bazar dəyərini 2 milyard dollar artırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Monness Crespi Hardt & Co." şirkətinin analitiki Cems Kakmak bildirib.

Məlumata əsasən, Tramp bəyanatlarını "Twitter" hesabənda yaymağı dayandırdığı halda, şirkətin itkiləri saytın ümumi dəyərinin 20 faizi qədər təşkil edə bilər.

Qeyd edək ki, Donald Trampın "Twitter" hesabının 36,2 milyon oxucusu var. Tramp "Twitter"də qeydiyyatdan keçdiyi vaxtdan (2009-cu il) 35,6 minə yaxın məlumat dərc edib.

 





19.08.2017    çap et  çap et