525.Az

Livan ordusu İŞİD-ə qarşı əməliyyata başladı


 

Livan ordusu İŞİD-ə qarşı əməliyyata başladı<b style="color:red"></b>

Livan ordusu Suriya ilə sərhəddə yerləşən Cürüd-əl-Kaa bölgəsinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başladığını deyib.

Trend-in məlumatına görə, bu barədə Livan Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransı zamanı deyilib.

Qeyd olunur ki, İŞİD Livan-Suriya sərhədində 120 kvadrat kilometrə yaxın əraziyə nəzarət edir.

Həmin bölgədə 600-ə yaxın silahlının olduğu bildirilib.

Əməliyyatın sərhəd bölgəsi tam azad olunana qədər davam edəcəyi məlumat verilib.

 





19.08.2017    çap et  çap et