525.Az

ABŞ Suriyada qalmayacaq


 

ABŞ Suriyada qalmayacaq<b style="color:red"></b> "İŞİD terror təşkilatı üzərində qələbədən sonra ABŞ-ın Suriyada qalmaq niyyəti yoxdur".
 
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

ABŞ rəsmisi bildirib ki, məqsədləri İŞİD-i məğlub etməkdir:

"İndiki məqamda bundan başqa heç nə istəmirik. İstəyirik ki, Suriyanı suriyalılar idarə etsin. Nə ABŞ, nə də digər qüvvələr, yalnız suriyalılar”.

Hezer Nauert vurğulayıb ki, ABŞ-ın Suriyada qalmaq niyyəti yoxdur.
 





19.08.2017    çap et  çap et