525.Az

"Aqrar bank təşkilatının yaradılmasının tərəfdarıyam»


 

"Aqrar bank təşkilatının yaradılmasının tərəfdarıyam»<b style="color:red"></b>

Nazir İsmət Abasov: «Azərbaycanda aqrar bankının yaradılması məqsədəuyğun olardı»

«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
 
Onun sözlərinə görə, bu gün Azərbaycanda aqrar sahəyə kredit ayıran kifayət qədər banklar var: «Eləcə də, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı vəsaitlər də müvəkkil banklar vasitəsi ilə fermerlərə verilir. Həmçinin, Nazirliyin yanında Kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi tərəfindən də müvəkkil banklar vasitəsi ilə fermerlərə kreditlər ayrılır. Eyni zamanda, müəyyən bank olmayan kredit təşkilatları da bu işi həyata keçirir».
 
Bununla yanaşı, nazir bildirib ki, gələcəkdə ölkədə hər hansı bir ixtisaslaşmış aqrar bankın yaradılması və bugünkü bankların hər hansı birinin aqrar bankı olaraq fəaliyyət göstərməsi məqsədə uyğun olardı.

 





22.05.2013    çap et  çap et