525.Az

Əşrəf Heybətovun Berlində açılan sərgisi qadınlara həsr olunub


 

Əşrəf Heybətovun Berlində açılan sərgisi qadınlara həsr olunub<b style="color:red"></b>

Dünən Berlində Əməkdar rəssam Əşrəf Heybətovun sərgisi açılıb. “Tənha qadın üçün gül” adlanan sərgidə qadın obrazlarını əks etdirən rəngkarlıq və qrafika əsərləri yer alıb.

AZƏRTAC xəbər verir ki, avqustun axırınadək davam edəcək sərgidə rəssamın 85 əsəri nümayiş olunur.

Qeyd edək ki, Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır.

Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur. Hazırda Almaniyada yaşayan rəssam “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir.

 





19.08.2017    çap et  çap et