525.Az

ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşdu


 

ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşdu<b style="color:red"></b>

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Jon S. McCain” raket esminesi ticarət gəmisi ilə toqquşub.
 
Ria Novostinin məlumatına görə, hadisə avqustun 21-də səhər saat radələrində baş verib.

İnsident yük gəmisi Sinqapur limanına gedərkən baş verib.

Hadisə nəticəsində 10 nəfər dənizçi itkin düşüb, 5 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Sinqapur dəniz və  liman adminstrasiyası hadisə ilə bağlı araşdırmaya başlayıb. ABŞ prezidenti Donald Tramp qəzaya münasibət bildirərək insidenti “çox pis” adlandırıb.
 
“Fikrimiz və dualarımız “Jon S. McCain”- ABŞ gəmisində olan dənizçilərimizlədir” - deyə, prezident "Twitter" səhifəsində bildirib.

Zeynəb ƏKBƏR

 





21.08.2017    çap et  çap et