525.Az

İspaniyada müsəlmanlara qarşı aksiya


 

İspaniyada müsəlmanlara qarşı aksiya<b style="color:red"></b>

İspaniyanın ultrasağçı fəlları ölkənin müsəlman əhalisinə qarşı aksiya keçirib.

Ria Novostinin məlumatına görə, İspaniyanın Barselona və Kambrilse şəhərlərində baş vermiş terror aktlarından sonra ultrasağçı fəallar müsəlman sakinlərə qarşı aksiya keçirib.

Qranadanın baş məscidinə hücum edən radikallar, "bu məscidi maliyyələşdirən terroru da maliyyələşdirir, hökümət niyə susur?” kimi şüarlar səsləndirərək müsəlmanların ölkədən çıxarılmasını tələb ediblər.
 
Aksiya polis əməkdaşlarının müdaxiləsi ilə dağıdılıb.
 
İslam Birliyinin verdiyi məlumatda bildirlir ki, İspaniyada 2 milyon müsəlma yaşayır bu da ərazidə məskunlaşmış insanların 4%-ni təşkil edir.
 
Xatırladaq ki, ötən həftə İspaniyanın iki şəhərində baş vermiş terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər isə xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Zeynəb ƏKBƏR

 





21.08.2017    çap et  çap et