525.Az

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır


 

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır<b style="color:red"></b> Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır.
 
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
 
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.
 





21.08.2017    çap et  çap et