525.Az

Gürcü qubernator: “Azərbaycan bizə dostluq əlini uzatdı”


 

Gürcü qubernator: “Azərbaycan bizə dostluq əlini uzatdı”<b style="color:red"></b> “Azərbaycan bizə dostluq əlini uzadaraq xüsusi avadanlıqla təchiz olunmuş helikopter göndərib”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bunu Samtsxe-Cavaxetiya regionunun qubernatoru Akaki Maçutadze deyib. “Azərbaycanlı pilotlar sabah səhər saatlarından Daba kəndi yaxınlığındakı yanğının söndürülməsinə cəlb olunacaq”, - deyə o, söyləyib. 
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə helikopter göndərib.
 





21.08.2017    çap et  çap et