525.Az

Ruslan Abışov "Xəzər Lənkəran"ı seçməsinin səbəbini açıqladı


 

Ruslan Abışov "Xəzər Lənkəran"ı seçməsinin səbəbini açıqladı<b style="color:red"></b>

17 yaşadək qızlar arasında dünya çempionatını hər an nəzarətdə saxlayan FİFA tez-tez turnirə həsr olunmuş xəbərlər, müsahibələr dərc edir.

525.az-ın məlumatına görə, ali futbol qurumunun rəsmi saytı bu dəfə milli komandamızın və "Xəzər Lənkəran"ın müdafiəçisi Ruslan Abışovdan müsahibə götürüb.

25 yaşlı futbolçu öncə dünya çempionatına ev sahibliyi etməyimizdən fəxr duyduğunu bildirib: "Belə mötəbər bur turnirə ev sahibliyi etdiyi üçün ölkəmlə fəxr edirəm. Çünki bu, bizim futbolumuz üçün çox önəmlidi. Mən və komanda yoldaşlarım televiziya vasitəsilə bir neçə oyuna baxmışıq. Bütün insanların Azərbaycanda keçirilən turniri izləməsi bizi çox sevindirir. Bizim ölkəmiz də, futbolumuz da hələ gəncdi. İnanıram ki, bu çempionat bizi bütün dünyaya tanıdacaq".

Abışov gələcəkdə Azərbaycanın əsas yığmalar arasında dünya və Avropa çempionatlarına ev sahibliyi edəcəyinə də inanır: "Niyə də olmasın? Hər şey mümkündü. Bunun üçün əvvəlcə stadionlar tikməliyik. Çünki hazırda bizdə belə turniləri keçirmək üçün şərait yoxdu. Gələcəkdə dünya və Avropa çempionatları kimi mötəbər turnirlərə ev sahibliyi etmək ölkəmiz üçün çox yaxşı olar".

Millimizin üzvü Rusiya ilə oktyabrın 16-dakı matça da toxunub: "İsraillə oyunda fiziki hazırlığımız mükəmməl deyildi. Bunu Portuqaliya ilə qarşılaşmada da hiss etdik. Onda da uduzmağa başladıq. Rusiya isə Portuqaliya səviyyəsində deyil və biz yaxşı nəticəyə ümidliyik".

Abışov DÇ-2014-ün seçmə mərhələsinin İsraillə Bakıdakı ilk oyununu da xatırlayıb: “İsraillə oyun məndə xoş hisslər yaşatdı. Həmin oyuna yaxşı hazırlaşmışdıq, buna uyğun da oynadıq. Lakin 1 xal qazandıq ki, bundan artığına layiq idik. Həmin heç-heçədən sonra Portuqaliya ilə qarşılaşmada da yaxşı nəticə qazanacağımızı düşünürdük. Amma onlar çox yüksək səviyyəli futbol oynayırlar".

Sonda isə Ruslan "Neftçi"ni prinsipial rəqibi “Xəzər Lənkəran”a dəyişməsinə isə belə aydınlıq gətirib: “Mən “Xəzər Lənkəran”ı ona görə seçdim ki, onların titul qazana biləcəyini hesab edirəm. İndi görürəm ki, bu komandada hər şey yüksək səviyyədədir. Mövsümə yaxşı başlamamışıq. Lakin hələ vaxt var. Biz hər şeyi xeyrimizə dəyişə bilərik".

 





02.10.2012    çap et  çap et