525.Az

Litva postsovet ölkələrindən ilk dəfə ABŞ-dan sıxılmış təbii qaz aldı


 

Litva postsovet ölkələrindən ilk dəfə ABŞ-dan sıxılmış təbii qaz aldı<b style="color:red"></b> Litva ABŞ-dan sıxılmış təbii qaz alan ilk postsovet ölkəsi olub.
 
APA-nın xəbərinə görə, bu barədə “Financial Times” yazıb.
 
Məlumata əsasən, Litva sıxılmış təbii qazı “Cheniere Energy” şirkətindən əldə edib. Yükün artıq Klaypeda limanına çatdırıldığı bildirilir.
 
Sentyabrın ortalarında Litvaya sıxılmış təbii qazla yüklənmiş ikinci gəminin gəlişi gözlənilir.
 
Qeyd edək ki, bundan əvvəl Litva Norveçdən də sıxılmış təbii qaz alıb.
 





22.08.2017    çap et  çap et