525.Az

Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradıldı


 

Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradıldı<b style="color:red"></b> Gürcüstanda baş nazir Giorgi Kvirikaşvilinin tapşırığı ilə Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının aradan qaldırılması ilə bağlı xüsusi qərargah yaradılıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, qərargahda daxili, ətraf mühit, regional inkişaf və infrastruktur nazirlikləri, yerli hökumət və fövqəladə halların idarə olunması agentliyinin nümayəndələri təmsil olunur.
 
Qərargah 24 saat fəaliyyət göstərəcək. G. Kvirikaşvilinin təbii fəlakət zonasına baş çəkəcəyi gözlənilir.
 
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğının söndürülməsinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də helikopteri cəlb olunub.  
 





22.08.2017    çap et  çap et