525.Az

Tam Günəş tutulması baş verdi


 

Tam Günəş tutulması baş verdi<b style="color:red"></b> Avqustun 21-də tam Günəş tutulması baş verib.

APA-nın xəbərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub.
 
Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edib.
 
Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub.
 
Günəş tutulması saat 01:04-də sona çatıb.
 
Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.
 
İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.
 
Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.
 
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
 





22.08.2017    çap et  çap et