525.Az

Azərbaycanda çoxuşaqlı ailələrlə bağlı xüsusi qanun layihəsi hazırlanır


 

Azərbaycanda çoxuşaqlı ailələrlə bağlı xüsusi qanun layihəsi hazırlanır<b style="color:red"></b>

 Azərbaycan Respublikası Prezident Administrasiyası və Nazirlər Kabineti çoxuşaqlı ailələr ilə bağlı xüsusi qanun layihəsi hazırlayır.

Bu barədə APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov bildirib.
 
O qeyd edib ki, hazırda yeni “Çox uşaqlı ailələrə dövlət dəstəyinin təmin olunması haqqında” adlı qanun layihəsinin üzərində PA ilə birgə hökumətin müvafiq strukturları işləyir və il ərzində layihənin Milli Məclisə təqdim olunması gözlənilir. Onun sözlərinə görə, xüsusi güzəştləri özündə əks etdirən qanun 3 və daha çox uşaqlı ailələrə şamil olunacaq və bu, bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eyni mövzuda təşəbbüs göstərdiyi qanun layihəsindən fərqli, daha təkmilləşmiş qanun layihəsidir: “Yeni layihənin hazırlanmasında  Prezident Administrasiyası ilə yanaşı Nazirlər Kabineti iştirak edir. Daxili razılaşmadan, müvafiq rəylər formalaşdıqdan sonra qanun layihəsi yəqin ki il ərzində parlamentə təqdim olunacaq”.
 
Layihədə 3 və daha çox uşağı olan ailələrin uşaqlarına və valideynlərinə iş şəraitinin təmini və yaxşılaşdırılmasından tutmuş səhiyyə, təhsil və digər sektorlarda kifayət qədər xüsusi güzəştlər nəzərdə tutulur.

 





22.05.2013    çap et  çap et