525.Az

İtaliyada baş vermiş zəlzələ 2,6 min insanı evsiz qoydu


 

İtaliyada baş vermiş zəlzələ 2,6 min insanı evsiz qoydu<b style="color:red"></b>

İtaliyanın İskya adasında baş vermiş zəlzələ nəticəsində 2,6 min insan evsiz qalıb.

Ria Novostinin verdiyi xəbərə görə, zəlzələ bazar ertəsi 20:58 radələrində baş verib.
 
İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancello Borellinin verdiyi məlumata əsasən, təbii fəlakət zamanı 2 nəfər ölüb, 10 nəfər itkin düşüb, 25 nəfər isə ağır xəsarət alıb.
 
Xatırladaq ki, İskya adasında sonuncu dəfə dağıdıcı zəlzələ 1883-cü ildə olub.

Zeynəb ƏKBƏR

 





22.08.2017    çap et  çap et