525.Az

“ABŞ Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır”


 

“ABŞ Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır”<b style="color:red"></b> ABŞ administrasiyası Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqların tərəfdarıdır”.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
 
“Əfqanıstan hökuməti ilə “Taliban” arasında ilkin şərtsiz danışıqları dəstəkləməyə hazırıq. Taliblər anlamalıdırlar ki, döyüş meydanında qələbə qazana bilməyəcəklər. “Taliban”ın sülhə və qanuni statusa yolu münaqişənin danışıqlar vasitəsilə nizamlanmasından keçir. İstəyirik ki, beynəlxalq ictimaiyyət, xüsusilə Əfqanıstanla qonşu dövlətlər bizim səylərimizi dəstəkləsin  və sülhün əldə olunmasında iştirak etsinlər”, deyə R.Tillerson qeyd edib.
 





22.08.2017    çap et  çap et