525.Az

Prezidentin mətbuat xidmətindən dövlət başçılarının görüşü ilə bağlı rəsmi açıqlama


 

Prezidentin mətbuat xidmətindən dövlət başçılarının görüşü ilə bağlı <b style="color:red">rəsmi açıqlama</b>

Azərbaycan Prezidentinin mətbuat xidməti Azərbaycan və Ermənistan dövlət başçılarının 12 iyun tarixində Avstriyanın Zalsburq şəhərində görüşəcəkləri barədə erməni mətbuatında yayılan məlumatlara aydınlıq gətirib.

Prezidentin mətbuat katibi Azər Qasımov Modern.az-a eksklüziv açıqlamasında xəbəri təkzib edərək, onlarda belə bir məlumatın olmadığını deyib.

“Bizdə belə bir məlumat yoxdur”-deyə A.Qasımov bildirib.

Qeyd edək ki, Ermənistanın bir sıra KİV-lərinin yaydığı məlumata görə, iyunun 12-də Azərbaycan və Ermənistan prezidentlərinin Zalsburqda görüşü planlaşdırılır.

“12 iyunda İlham Əliyev və Serj Sərkisyanın çoxdan gözlənilən görüşünün baş tutacağı istisna edilmir. ATƏT-ə hazırda sədrlik edən Ukrayna bu görüşü öz ərazisində keçirmək istəsə də, görüş Zalsburqda baş tutacaq”-deyə erməni KİV-ləri məlumat yayıb.

 





22.05.2013    çap et  çap et