525.Az

İlin ən çox qazanan aktyoru açıqlandı


 

İlin ən çox qazanan aktyoru açıqlandı<b style="color:red"></b>

“Forbes” jurnalı 2017-ci ilin ən çox qazanan aktyorlarının adını açıqlayıb.

“İtar Tass” agnetliyinin “Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, siyahıda ilk yeri aktyor Mark Uolberq alıb. 3 il ərzində “Atıcı”, “Maks Peyn”, “Basketbolçunun gündəliyi”, “Dönüklər” filmində aldığı rollar aktyora 68 milyon dollar qazandırıb.

Siyahıda ilk beşlikdə Dueyn Conson, Vin Dizel, Adam Sendler və Ceki Çanın adları çəkilib.

Xatırladaq ki, bir müddət əvvləl “Forbes” jurnalı ilin ən çox gəliri olan aktrisaların adını açıqlamışıdı.

İlk yerdə “La La Land” filmində baş rolu alan və filmdən 26 milyon dollar qazanan aktrisa Emma Stoun olub.

Zeynəb ƏKBƏR

 





22.08.2017    çap et  çap et