525.Az

Putin Netanyahu ilə görüşəcək


 

Putin Netanyahu ilə görüşəcək<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu avqustun 23-də Soçidə görüş keçirəcək.

Rusiya mətbuatının xəbərinə görə, görüş İsrail baş nazirinin qısa iş səfəri vaxtı olacaq.
 
Putin və Netanyahu görüş zamanı beynəlxalq terorizmi, Suriya problemini, İsrail-Fələstin münasibətini və iki ölkə arasındakı əlaqələri müzakirə edəcəklər.

Zeynəb ƏKBƏR

 





22.08.2017    çap et  çap et