525.Az
Gədəbəydə 18 qumbara, müxtəlif tipli 6 raket və digər silah-sursatlar tapıldı
Gədəbəydə silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, müxtəlif tipli 6 ədəd raket, 10 ədəd trotil şaşkası, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərrik, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.
22.08.2017 çap et