525.Az

Gürcüstanda yerli seçkilərin tarixi məlum oldu


 

Gürcüstanda yerli seçkilərin tarixi məlum oldu<b style="color:red"></b>

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə prezident Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə deyib. Dövlət başçısı bildirib ki, seçkilərin tarixi ilə bağlı müvafiq sənəd təsdiq üçün baş nazirə göndərilib.

Qeyd edək ki, seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.
 
Gürcüstanda 3,4 milyon nəfərdən çox seçici var.

 





22.08.2017    çap et  çap et