525.Az

Qvardioladan Messi açıqlaması


 

Qvardioladan Messi açıqlaması<b style="color:red"></b>

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Lionel Messi haqqında danışıb.

Qol.az-ın məlumatına görə, Britaniya mətbuatına açıqlama verən 46 yaşlı çalışdırıcı Neymarın PSJ-yə 222 milyon avroya transfer olunmasına toxunaraq bildirib: “Əgər futbolçular üçün bu qədər pullar verirlərsə, deməli, Messinin də təzminat qiymətini (300 milyon – red.) ödəyən biri ola bilər”.

Qeyd edək ki, argentinalı ulduzun Kataloniya klubu ilə müqaviləsi 2018-ci ildə başa çatır. Bugünlərdə klub Messi ilə razılıq əldə olunduğunu rəsmən açıqlasa da, hələlik tərəflər yeni müqavilə bağlamayıblar.

 





22.08.2017    çap et  çap et