525.Az

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət etdi


 

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət etdi<b style="color:red"></b> “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
 
“Azərbaycan Dəmir Yolları”nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.
 





22.08.2017    çap et  çap et