525.Az

Türkiyə millisinin keçmiş qapıçısı FETÖ ittihamı ilə saxlanıldı


 

Türkiyə millisinin keçmiş qapıçısı FETÖ ittihamı ilə saxlanıldı<b style="color:red"></b> Türkiyənin futbol üzrə milli yığmasının keçmiş qapıçısı Ömer Çatkıç FETÖ işi ilə bağlı aparılan istintaqla əlaqədar saxlanılıb.
 
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə bu gün polis tərəfindən saxlanılan 43 yaşlı qapıçının evində axtarış aparılıb. Onun şahidlərdən birinin etirafı ilə təşkilatın gizli xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdiyi məlum olub.
 
Ömər Çatkıç sonuncu dəfə 2008-2012-ci ildə "Antalyaspor"un formasını geyinib. Hazırda o, televiziya kanallarından birində şərhçidir.
 





22.08.2017    çap et  çap et