525.Az

Rostovda yanğın söndürüldü


 

Rostovda yanğın söndürüldü<b style="color:red"></b> Rusiyanın Rostov şəhərinin mərkəzi meydanına yaxın ərazidə baş verən yanğın söndürülüb.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 100-dən çox ev yanıb, 1 nəfər ölüb. 500-dən çox evi yanğından xilas etmək mümkün olub. Yanğının kənar amillər səbəbindən baş verdiyi ehtimal edilir.
 
Qeyd edək ki, yanğın ötən gün yerli vaxtla saat 12:52-də başlayıb. Yanğının söndürülməsində 2 min nəfər iştirak edib. Prosesə 7 ədəd "Mi-8" helikopteri və 2 ədəd "İl-76" və "Be-200" təyyarələri cəlb olunub.
 





22.08.2017    çap et  çap et