525.Az

Qrant müsabiqəsində ekspertiza mərhələsinə yekun vuruldu


 

Qrant müsabiqəsində ekspertiza mərhələsinə yekun vuruldu<b style="color:red"></b>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun aprelin 10-da elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.

Nazirlikdən verilən məlumata görə, kompleks ekspertizaya təqdim olunan 150 layihədən 71-i müsbət rəy alıb. Müsbət rəy alan layihələr yekun qərarın verilməsi üçün fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, müsabiqə çərçivəsində fonda 172 layihə təqdim edilib. Təqdim edilmiş layihələrin ilkin ekspertizası zamanı qrant müsabiqəsinin prioritet istiqamətinə uyğun olmayan 22 layihə kompleks ekspertiza mərhələsinə qəbul edilməyib.

Ceyhun ABASOV

 





22.08.2017    çap et  çap et