525.Az

Sənət yolunda bir həyat – Ülvi İsmayıl


 

Sənət yolunda bir həyat – Ülvi İsmayıl<b style="color:red"></b>

Çanaqqala 18 Mart
Universiteti, Türkiyə
 

Həyat; sonsuz sayıda seçənək çıxarır qarşımıza və yalnız“birini seçəcəksən”, çünki “addımını at da sana başqa seçənəklər  göstərim” deyir .Eləmədiyimiz şeylərdən cavabdeh deyilik, ancaq etdiklərimiz daha sonra edəcəklərimizin öncüsü olduğu üçün cavabdehlik bizdədir. Hardasa  oxumuşdum: “həyatda sadəcə bir defə seçəcə bilərsən, gerisi seçdiyinin son ucu olacaq! Məsələ iki ayağından birini seç, diyəlim, solu seçdin və onu qaldırdın, bundan sonra görəcəyin hər şeyi sağ ayağının üzərində duraraq görməlisən”.

Yuxarıdakı sətirlər gələcəkdə adını sıxca duyacağımıza ürəkdən inandığım bir dostuma, Ülvi İsmayıla aiddir. Yunus Əmrə “insanın mayası önəmlidir” deyir, xamırında nə varsa, özündə də o olur. Daha gənc yaşında bir filosof ədasıyla qələmə sarılmış Ülvi. Gənc bir mütəfəkkir olaraq hardasa  adını əzbər  bildiyimiz ünlü yazıçılara yaxınlaşan aforizmlərlə  çıxır qarşımıza. Dediyimiz kimi ruhunda, mayasında olmalı düşüncəsi: böyük limandakı kiçik gəmi, nə incə zəka, nə gözəl təşbeh!

İstedad, gecə  bütün  işıqlar sönsə belə  yenə bir ulduz ədasıyla parlar.

Böyük şairimiz  Füzuli türkcə divanında “şeirə gənc yaşda başladığını, ancaq elmdən yoxsul şeirin təməlsiz divar olacağından şeirə ara verib elmi təhsil aldığını” söylər. Ülvi haqqında söz edərkən həm Füzulini yad etmək, həm də fikrimdə canlanan rəsmi sizə göstərmək istədim. Şeirə ilgisi gənc yaşlarda başlayan Ülvi sahib olduğu istedadı ustad Füzuli dədəmizin dediyi kimi elmi təhsil alaraq  gəlişdirir. Eyni zamanda rəsm və musiqi sahəsində də istedada sahib olan bu gənc, Azərbaycanda yaşadığı zamanlarda orta məktəblə yanaşı, incəsənət sahəsində də təhsil almışdır. Sonra ali təhsil almaq üçün Türkiyəyə  gələn Ülvi, İstanbul Kültür Universitetinin “Sanat-Tasarım” fakültəsinin “İletişim Tasarımı-Web ve Grafic bölümü”ndə təhsil almaqdadır.

Sənət, Mustafa Kamal Atatürkün deyimiylə, “bir millətin həyat damarıdır”, bu damar kiçik damarlara ayrılsa da,  hamısı eyni  kökdən bəsləyir-ürəkdən!

Ülvinin də eyni bu şəkildə sənətin ana damardan bəsləndiyi yazılarından görünür.

“Çox şişirtmirsənmi” deyəcək bəziləri, amma o qədər də deyil. Bir dostum söhbətində “gözəl şeylər şişirilməyi  haqq edər” demişdi. Doğru sözə nə deyəsən, həqiqətən də gözəl şeylər şişrtməyi, təriflənməyi haqq edər. “Bir şeyin dəyərli olması üçün dəyərləndirən lazımdır” deyir Ülvi.

Ədəbiyyat fakültəsini bitirsəm də ədəbiyyata  aşinalığım əzəldən başlamış. Bilgimə, ədəbi təcrübəmə və oxuduğum deyimlərinə dayanaraq deyə bilərəm ki, istedadlı bir gəncdir Ülvi. Gələcəyinin parlaq bir sənətkarı olacağına da  ürəkdən inanıram.

Ülvi ilə hardasa bir ilə yaxındır tanışıq, internet əlaqələrimiz var. Ara-sıra mənə göndərdiyi deyimlərininin Vətəni Azərbaycanda da duyulmasını istədim. Vətənini canı qədər sevən bir gəncin, elə bilirəm, buna haqqı da çatır. İnanıram ki, gələcək illər mənim Ülvi haqqındakı sözlərimi haqlı çıxaracaq! Yaxın zamanda Ülvi İsmayıl istər Azərbaycanda, istərsə də türk dünyasında adı duyulan sənətkarlardan biri olacaq. Onu da demək  istəyirəm ki,belə bir istedadlı gəncin yoluna uğur diləmək şərəfinə nail olduğum üçün özümü xoşbəxt sayıram. Ülvi İsmayıla aid aforizmləri sizə təqdim etməklə sözlərimə son vermək istəyirəm. Bir də siz  dəyərləndirin! Bu siz, əziz oxucularım, bu da Ülvi İsmayılın aforizmləri!

Ülvi İsmayıl

Sevməyən insan özünü bədbəxt sanan xoşbəxt , sevən özünü xoşbəxt sanan bədbəxtdir.

lll

İnsan böyük limandakı kiçik gəmidir. İki yol var: ya irəli üzəcəksən, ya da limanda məhv olub gedəcəksən.

lll

İdeyanın sahibi olmur, reallaşdıranı olur.

lll

Sözün ömrü sonsuzdur deyirlər. Amma söz sonuncu insanla torpağa gedəcək.

lll

Bütün qəlblərə yol tapan musiqi ana laylasıdır.

lll

Keçmişimi dəyişmək olsaydı, gələcəyimi dəyişərdim.

lll

Yalan heç vaxt ondan qaça bilməyəcəyin doğrudur.

lll

İnsan şüurlu öyrənməyə proqramlaşdırılmış yarış cihazıdır.

lll

Səbəbsiz  edilən bir şey də səbəbdir.

lll

Zaman xatirələrlə qidalanan parazitdir.

lll

Mənfinin özü də mənfiyə görə müsbətdir.

lll

Asan və çətin olan bir şey yoxdur, eyni ilə yaxşı və pis adam kimi.

lll

İnsan istənilən sevgiyə möhtacdı.

lll

İdeal insan, öyrənməyə can atdığı qədər öyrədəndi.

lll

Həyat yox, insan mürəkkəbdir.

lll

Bir şeyin dəyərli olması üçün dəyərləndirən lazımdır.

lll

Heç bir şey dəyişmir, səbəblərimizdən başqa. Dəyişən hər şey səbəbin yaratdığı dəyişiləcəklərdi.

lll

Tarixi yazanlar tarix yazacaq...

lll

Əslində istifadəsini bildiyin hər şey ölüm alətidir!

lll

Görmədiyin gözəllik gözəllik deyil.

lll

Ən böyük düşmənin zamandı.

lll

Bəzən səbəblər insanı dəyişir, bəzən insan səbəbləri...

lll

Həyat necə də qəribədir; zamanın tez keçməyini istəyirsən tez keçmək bilmir, keçməsini istəmədiyin zaman sürətindən başını itirirsən...

lll

İnsan üçün ən dəyərli şey onun hissləridir. Hissi olmayan insan üçün dəyərli bir şey yoxdur.

lll

Keçmişi unudulanın bir gün gələcəyi də keçmiş olub unudular.

lll

Məndən ağıllının qulu və düşməniyəm.

lll

Ölümsüzlüyün çarəsi var, amma zamanın yox.

lll

Düşmən sənin özünü gəlişdirməyin üçün bir şansdır.

lll

Bəzi insanlar dünyaya yanlış olaraq gəlirlər, bəziləri yanlışları düzəltmək üçün..

lll

Hansı daha güclüdür: xəyal gücümü, yoxsa xəyal olmayan gücmü..

 





22.05.2013    çap et  çap et