525.Az

FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məlumat yaydı


 

FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məlumat yaydı<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi Bakıda mağazada baş verən yanğınla bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 150 m2 olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 m2 sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





22.08.2017    çap et  çap et