525.Az

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya tətbiq etdi


 

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya tətbiq etdi<b style="color:red"></b> ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir. 
 
Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: “Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, “Gefest-M” və “Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin. 
 
Moskva şəhərində qeydiyyatda olan “Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın “Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.
 
Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var. 
 





22.08.2017    çap et  çap et