525.Az

ABŞ yenidən Rusiyanı “Taliban”ı silahlandırmaqda ittiham etdi


 

ABŞ yenidən Rusiyanı “Taliban”ı silahlandırmaqda ittiham etdi<b style="color:red"></b> ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi keçirdiyi mətbuat konfransında bildirib.
 
“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson  qeyd edib. 
 
“Əgər kimsə silah tədarük etmək istəyirsə, bu yalnız Əfqanıstanın hökuməti ilə əlaqədə həyata keçirilə bilər ”, - deyə Tillerson qeyd edib.
 
Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb.
 





23.08.2017    çap et  çap et