525.Az

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə hədələdi


 

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə hədələdi<b style="color:red"></b> “Şimali Koreya  Quama zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərini sona çatdırıb və ABŞ özünü ağıllı aparmasa, zərbə endiriləcək”.  

APA-nın xəbərinə görə, bunu Şimali Koreyanın Rusiyadakı müvəqqəti işlər müvəkkili  Zin Çjon Xep deyib.
 
“Bunu etməyəcəkləri təqdirdə onlar dünya ictimaiyyəti qarşısında Koreya yarımadasında növbəti dəfə rüsvay olacaqlar”, - deyə o bildirib.  
 
Xatırladaq ki, Şimali Koreya bundan əvvəl Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini bəyan etmişdi.  Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.
 
ABŞ prezidenti Donald Tramp, öz növbəsində,  ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.
 





23.08.2017    çap et  çap et