525.Az

İran Türkiyə ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmır


 

İran Türkiyə ilə birgə əməliyyatlar keçirməyi planlaşdırmır<b style="color:red"></b> İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİİKK) PKK terrorçularına qarşı Türkiyə ilə hər-hansı birgə hərbi əməliyyatlar keçirməyi planlaşdırmır.

APA-nın xəbərinə görə, bu barədə İİİKK-nın mətbuat xidmətinin məlumatında bildirilir.    
 
“Biz xaricdə əməliyyatlar keçirtmirik, lakin İran ərazisində təsir gücünə malik olmağa çalışan istənilən şəxsə və ya qruplaşmaya qarşı çıxacağıq... Biz ölkə ərazisində istənilən terror cəhdinin qarşısını alacağıq”, - deyə məlumatda bildirilir.     
 
Xatırladaq ki, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Bakeri ötən həftə Türkiyəyə səfər edib.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün M.Bakeri ilə görüş zamanı PKK-ya qarşı birgə hərbi əməliyyatlar keçirmək imkanını müzakirə etdiyini bildirib. 
 





23.08.2017    çap et  çap et