525.Az

“Əsgər atası” filmi rəngli variantda təqdim olundu


 

“Əsgər atası” filmi rəngli variantda təqdim olundu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyində “Əsgər atası” filminin rejissoru Rezo Çxeidzenin rəhbərlk etdiyi Gürcüstan kinematoqrafçıları nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayıb.  Ə.Qarayev Rezo Çxeidzeyə müraciət edərək deyib: “Siz artıq bu gün sovet kinosunun klassikisiniz. Sizin haqqınızda kitablar yazılacaq, gələcək nəsillər sizi tanıyacaqdır. Bu çox yaxşıdır ki, sizin “Əsgər atası” filminiz bu gün rəngli variantda təqdim olunmuşdur və ona müasir gənclər də baxa bilirlər. Cəmiyyətimizdə müharibə iştirakçılarına ehtiram göstərilir. Bu mövzu bu gün də yaşayır.

Bizdə Qarabağ münaqişəsi barəsində filmlər çəkilir. Müharibə mövzusu isə qəhrəmanların yaşantılarından yaranır. Bu mövzular əslində həmin situasiyada olan insan haqqındadır”.

Nazir qeyd edib ki, Azərbaycan kinematoqrafçıları gürcü həmkarları ilə sıx əlaqə saxlayırlar. Bizim filmlərimizdə Gürcüstandan olan operatorlar, prodüserlər iştirak edirlər.

Ə.Qarayev bu yaxınlarda Gürcüstana səfərindən, Rustavidə Mirzə Fətəli Axundzadənin ev-muzeyinin və ümummilli lider Heydər Əliyevin abidəsinin açılışından danışmış, yaxın günlərdə Gürcüstanın mədəniyyət nazirinin Azərbaycana səfərinin gözlənildiyini bildirib.

Rezo Çxeidze “Əsgər atası” bədii filminin rəngli variantının premyerasının Bakıda necə keçməsindən danışmışdır. Tədbirdə çoxlu tələbə və gənclərin iştirak etdiyini bildirmişdir. Rejissor deyib: “Mən şadam ki, filmə əvvəlki kimi böyük maraq vardır. Bakıda filmi çox səmimi qarşıladılar. Yaradıcı qrupumuz Bakıda olmağımızı, burada filmin premyerasının necə keçdiyini lentə alır”.

GÜNEL

 





22.05.2013    çap et  çap et