525.Az

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb


 

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycanın 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib. Bununla əlaqədar 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumu imzalanıb.
 
Sərəncama əsasən, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
 
Təşkilat Komitəsinin sədri
 
Yaqub Eyyubov - Baş nazirin birinci müavini
 
Təşkilat Komitəsi sədrinin müavini
 
Samir Şərifov - maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü
 
Təşkilat Komitəsinin üzvləri:
 
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - xarici işlər naziri
Ramil Usubov - daxili işlər naziri
Eldar Mahmudov - milli təhlükəsizlik naziri
Şahin Mustafayev - iqtisadi inkişaf naziri
Fazil Məmmədov - vergilər naziri
Ziya Məmmədov - nəqliyyat naziri
Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri
Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri
Oqtay Şirəliyev - səhiyyə naziri
Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Elman Rüstəmov - Mərkəzi Bankının sədri
Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
Firudin Nəbiyev - Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti
 
Təşkilat Komitəsinə “Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili və keçirilməsinə dair tədbirlər planının hazırlanmasını və icrasını təmin etmək və digər zəruri məsələləri həll etmək, Maliyyə Nazirliyinə Asiya İnkişaf Bankı ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 





22.05.2013    çap et  çap et