525.Az

Metroda qatar gözləyən sərnişinlərə qeyri-adi xəbərdarlıq


 

Metroda qatar gözləyən sərnişinlərə qeyri-adi xəbərdarlıq<b style="color:red"></b>

Türkiyənin paytaxtı Ankara şəhərindəki metro stansiyaların birində sərnişinlərə qeyri-adi xəbərdarlıq edilib. Səsgücləndirici ilə səsləndirilən bu xəbərdarlıq qatar gözləyən sərnişinləri şoka salıb. İctimaiyyət tərəfindən əks reaksiya ilə qarşılanan bu xəbərdarlıq Türkiyə Böyük Millət Məclisində (TBMM) də müzakirə obyekti olub.

Yerli mətbuatın yaydığı məlumata görə, “Kurtuluş” metro stansiyasında “Hörmətli sərnişinlər xahiş olunur əxlaq qaydalarına riayət edin” sözləri eşidilib.

Xəbərdarlıq barədə açıqlama verən stansiya əməkdaşı təhlükəsizlik kameraları ilə sərnişinlərin əxlaqa zidd bir hərəkətini gördükləri zaman belə bir xəbərdarlıq səsləndirdiklərini bildirib.

Müxalifətçi Cümhuriyyət Xalq Partiyası millət vəkili Levet Gök daxili işlər naziri Müəmmər Gülərin cavablaması üçün TBMM-yə 5 sualdan ibarət deputat sorğusu göndərib.

1. Metro kameralarının funksiyası təhlükəsizlik yoxsa əxlaq ölçməkdir?
2. Təhlükəsizliklə bağlı bir hal müşahidə olunduğunda nə edilir, təhlükəsizliyi pozan hərəkətin başa çatdırılması da xəbərdarlıq mövzusu olurmu?
3. Stansiyada oturub qatar gözləyən vətəndaşın əxlaqa uyğun hərəkət edib-etmədiyinə kim qərar verir, belə bir status və vəzifə varmı?
4. Belə vəziyyətdə xəbərdarlıq edilməsinə kim qərar verir, metro əməkdaşlarına verilmiş “əxlaqı ölçmə” təlimatı varmı?
5. Bu vəziyyətin vətəndaşlara qarşı təzyiq vasitəsinə çevrilmə ehtimalına və bunun yaradacağı təhlükələrə qarşı nə kimi tədbirlər görməyi planlaşdırırsınız?

anspress

 





22.05.2013    çap et  çap et