525.Az

Daha 111 məhkum azadlığa buraxıldı


 

Daha 111 məhkum azadlığa buraxıldı<b style="color:red"></b>

Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Amnistiya Qərarının icrası davam edir. ANS PRESS-in məlumatına görə, bu gün Amnistiya Qərarı əsasında Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində cəza çəkən daha 111 nəfər məhkum azadlığa buraxılıb.

Beləliklə, respublika prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul olunmuş qərarlar əsasında 22 may 2013-cü ilədək Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 492 nəfər məhkuma şamil edilib.

 





22.05.2013    çap et  çap et