525.Az

Rusiyanın "Eurovision 2013" mahnısı da plagiat çıxdı- Video


 

Rusiyanın "Eurovision 2013" mahnısı da plagiat çıxdı- <b style="color:red">Video</b> Rusiyanın "Eurovision 2013" mahnısının plagiat olduğu bir daha öz təsdiqini tapdı. ANS PRESS-in məlumatına görə, müsabiqənin 5-cisi Diana Qaripovanın təqdim etdiyi "What if" mahnısının Almaniya müğənnisi Sara Konnerin "Skin on skin" kompozisiyasının tam bənzəridir.





Qeyd edək ki, Rusiya mediası hələ fevral ayında rusiyalı Leonid Qutkin və isveçrəli Qabriel Alaresin hazırladığı "What if" mahnısının plagiat olduğunu müzakirə edilirdi. Bir çoxları faktlarla Dianna Qaripovanın müsabiqədə təqdim etdiyi mahnıda polşalı ifaçı Qosi Andjeyeviçin "Pojvol jıç" və İngiltərənin "Hear'say" qrupunun ifa etdiyi "Carried away" mahnılarının elementlərinin olduğunu iddia edirlilər.



 





23.05.2013    çap et  çap et