525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək! 

AZƏRBAYCANDA

Dövlət darülfünunu 

1929 sənəsi sonlarında Azərbaycan Dövlət darülfünununun 10 sənəligi tamam olacağından darülfünun şimdidən 10 sənəlik yubiley hazırlığına başlanmışdır.

1919 sənəsində müstəqil milli Azərbaycan Cümhuriyyəti tərəfindən təsis olunan bu darülfünun sovet qəzetələrinin verdikləri məlumata görə 10 il içərisində 1000 təbib, 700 müəllim, 20 şərqşünas məzun etmişdir. 

“Müsavat” fəaliyyəti haqqında bir münaqişə 

“Komunist” qəzetəsi ilə (№ 2446) genə Bakıda çıxan rusca “Vışka” qəzetəsi (№ 193) arasında “Müsavat” firqəsinin qəzalardakı fəaliyyəti ətrafında bir münaqişə gediyor. “Vışka” qəzetəsinin iddiasına görə rus, erməni və yəhudi əhalisi olmayan və sırf türklərlə məskun bulunan Şamaxı, Göyçay, Şəki və Zakatala qəzalarında hakimiyyət “Müsavat” firqəsinin əlində bulunmaqdadır. Sovetlər, ziraət, maliyə, kooperatif, əmələ birlikləri məzkur qəzalarda müsavatçıların əlində imiş. Onlar istədiklərini yapıyormuşlar. “Yeni yol” qəzetəsi də “Vışka”yı müdafiə ediyor, mərkəzdən göndərilən məmurları geri qovan yerlərdə mütləqa “Müsavat”dan başqa bir qüvvət təsəvvür olunamaz diyor.

“Komunist” qəzetəsi məzkur qəzalarda “Müsavat” firqəsinin qüvvətli olduğunu etiraf ediyor, fəqət o qəzalara türk olmayan və xalqın dilini bilməyən məmurlar göndərməklə “Müsavat” daha da qüvvətlənə bilir - diyor. 

Neft sənayesi 

1928 istehsal ilində Azərbaycan neft komitəsi 7.681.616 ton neft hasil etməgi təsəvvür etmişdi. Həqiqətdə isə 7.560.000 ton hasilat olmuşdur. Eyni müddət zərfində 161.000 ton qaz yağı istehsal edilmişdir. Halbuki, proğram 204.784 ton təsəvvür ediyordu.

Azərbaycan neft komitəsi Batum yolu ilə Avropa və Asiyaya 1.937.000 ton neft və neft məhsulatı çıxarmışdır ki, pud hesabilə 118.000.000 tutar. 1925-1926 istehsal ilində Batum təriqilə 1.008.000 ton neft və neft məhsulatı çıxarılmışdır.

1926-1927 istehsal ilində isə ixrac olunan məhsulat 1.444.000 ton miqdarında idi.

1927-1928 sənəsində çıxarılan petrolun 14,8% benzin və liqroin olmuşdur. Hərbi ümumədən əvvəl isə Azərbaycan petrol ixracatının 16% benzin oluyordu.

Azərbaycan neft komitəsinin 1928-1929 sənəsi üçün yapdığı proğram Moskvada təsdiq edilmişdir. Bu proğrama görə 1929 istehsal ilində yalnız dəniz vasitəsilə Rusiyaya sövq ediləcək neftin miqdarı 5.368.500 ton olaraq təsbid edilmişdir. Bu miqdar 1928 sənəsində Rusiyaya sövq edilmiş neft və məhsulatından 5,57% artıq olacaqdır.

Dövlət büdcəsi

Azərbaycan mali

yyə komisarı Teymur Əliyev, Azərbaycan icra komitəsi plenumunda “Dövlət və məhəlli büdcələr” haqqında məruzatda bulunmuşdur.

Dövləti büdcə 71.000.000 manat, qəzaların məhəlli büdcələri 60.735.000 manat, məcmui 131.735.000 manat. Büdcədə 22.499.869 manat açıq vardır, bu da Moskvadan verilən xüsusi təxsisat ilə qapanacaqdır.

131.735.000 manatdan 24.730.000 manat Azərbaycanın Zakafkasiya federal büdcəsinə verəcəgi hissədir. 39.140.322 manat yalnız Bakı sovetinin büdcəsidir. 13.581.000 manat işsiz, rus əmələsinə, sahibsiz çocuklara və rus mühacirətinə sərf olunacaqdır.

Məhəlli qəza büdcələrində 9.549.869 manat açıq vardır. Bütün bunlar çıxıldıqdan sonra Bakı xaric edilmək üzrə, Azərbaycanın ehtiyaclarına məcmui 34.732.808 manat qalıyor. (“Komunist”, № 2437)

Büdcə müzakirəsi çox hərarətli olmuşdur. Bu münasibətlə söz söyləmiş olan Dadaş Bünyadzadə, İsrafil, Azad, Mir Bəşir v.s. kibi qəza müməssilləri, büdcənin ehtiyaclara müvafiq olmadığını, petrol, ticarət, nəqliyyat v.s. kibi bir çox başlıca mənbədən vergi alınmadığını, bunun müqabilində isə vergilərin köylü üzərinə qoyulduğunu qeyd etmişlərdir.

lll 

Azəri mühacirlər

Əsəfli bir irtihal 

Azərbaycan münəvvərlərindən Parisdə oturan Abdin Mir Qasım bəy, keçirdiyi bir böhran nəticəsində, kəndinə qıyaraq, fəci bir surətdə tərki-həyat etmişdir.

Abdin bəy Bakının seid ailəsi deyə məruf şürəfasından olub, vaxtilə Bakı “Nəşri-Maarif Cəmiyyəti” tərəfindən təhsil üçün İstanbula göndərilib də burada Ğalata Saray lisesinə qəbul olunan 3 tələbədən təhsilini əliyül-əla qurtarmış olanıdır. Mərhum İstanbulda bitirdikdən sonra davamı təhsil üçün Avropaya gedərək, Parisdə hüququ bitirmişdi. Abdin bəy türkcə ilə fransızcadan başqa, farsıca, rusca və bir parça da almancayı biliyordu.

Bir qaç zamandan bəri mərhum mətbuata intisab edərək, türkcədən fransızcaya, fransızcadan da türkcəyə tərcümələr yaparaq, həm həyatını təmin ediyor, həm də “Promete” və Milli Azər nəşriyyatı kibi mətbuatda iştirak ilə vətəni bir vəzifə ifa ediyordu. Abdin bəy eyni zamanda fransız müstəşriklərindən müsyö Masinyon tərəfindən çıxarılan “Revü dü mond musulman” məcmuəsində iştirak ediyordu.

42-43 yaşlarında, məmləkətə daha çox faidələr toxunduracaq bir çağda ikən, fəci surətdə dünyadan köçən vətəndaşın dəfni ilə Parisdə mövcud “Azərbaycan Cəmiyyəti Xeyriyyəsi” məşğul olmuş və bütün Azərbaycan kolonisi cənazəsinin təşyiinə iştirak eyləmiş və son hörmət borclarını ödəmişlərdir.

Azərbaycanlılardan maəda dəfn mərasiminə qafqasiyalı və ukraynalı mühacir kolonilərindən də gələnlər varmış.

lll  

“Müsavat” firqəsinin bir təmimi 

İlk nüsxəmizdə “Müsavat” firqəsinin bir qərarını rəvayətən nəşr eyləmişdik. Şimdi “Müsavat” firqəsinin əcnəbi məmləkətlərdəki şöbələrinə dəxi təmim edilən bu xüsusdakı qərarın əlimizə keçən bir nüsxəsini eynən aşağıya köçürüyoruz:

“Türk Federalist “Müsavat” Xalq firqəsi icra heyəti:

1- Vaxtilə Azərbaycanda tətbiq olunan latın hərflərinin bolşeviklər tərəfindən Türkiyə ilə Azərbaycan arasındakı harsi vəhdəti pozmaya mətuf bir hərəkət kibi gördügündən “Müsavat” firqəsinin buna müxalifət etdigini - şimdi isə Türkiyənin də bu sistemi qəbul ilə - vəziyyətin dəyişdigini;

2- Bolşeviklərin latın hərflərini tətbiqdən məqsədlərinin şu olduğunu, şimdi Türkiyədə tətbiq olunan yeni türk hərflərinin həyata keçməsi üzərinə Bakı mətbuatında vüqu bulan nəşriyatla artgıq mövcud bir surətdə isbat olunduğunu;

3- İki həmhüdud türk məmləkətində tətbiq edilməkdə olan latın əsasından alınma yeni əlifba sistemləri arasında, əsasda bir olsalar da, fərqlər mövcud olduğu və bu fərqlərin dəxi kültür münasibatını ixlal edəcəgini;

4- Azərbaycanlıların, sadə bolşevik latın hərflərini öyrənirlərsə, Türkiyədə intişar edən nəşriyat və mətbuatı oxumaqdan məhrum qalacaqlarını və bu üzdən münhəsirən komunist ideyalarını nəşr edəcək sovet mətbuatının mənəvi təsirində qalacaqlarını;

5- Halbuki, Azərbaycandakı bolşevik latınca hərflərini bilən bir adam üçün Türkiyədə tətbiq olunan yeni türk əlifbasını ögrənmənin çox qolay olacağını və pək cüzi bir əmək müqabilində bolşevik ideolojisini nəşr edən zəhərli mətbuata qarşı Türkiyədə müntəşir milli mətbuat və nəşriyatdan bir penzəhər kibi istifadə etmək imkanında olacağını nəzərə alaraq, bütün firqə arkadaşlarına Türkiyədə tətbiq olunan “Yeni türk əlifbası”nın öyrənilməsi lüzumunu təbliğ edər. Müəyyən bir müddət əsnasında yeni türk hərflərini öyrənmiş olduqları görülən firqə əzasının distipliner bir tərzdə müahizə edəcəklərini dəxi elan edər”.

“Odlu-Yurd”, nisan 1929, № 2 

Əsəfli - təəssüflü
İrtihal - ölüm
Şürəfa - şəriətə və islama aid işlər
İntisab - mənsub olma, mənsubluq
Müstəşriq - şərqşünas
Təmim - yayma, intişar etmə
Mətuf - əyilmiş, bir tərəfə doğru
Mövsuq - düzgün, mötəbər 

İSTİLA QURBANLARI 

Yusifbəyli Nəsib bəy 

Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan birisi Yusifbəyli Nəsib bəydir.

İstilanın vüqu bulduğu günlərdə, müstəfid bir halda olsa da, baş vəkalət mövqeində bulunan Nəsib bəy Bakının qızıl rus ordusu tərəfindən işğalı üzərinə saxlanaraq, hüdud xaricinə çıxmaq məqsədilə, yaxın arkadaşlardan İbrahimli Yusif bəylə bərabər Gürcüstan yolunu tutmuş, Siqnax qəzasında təfsilatı şimdilik məchulatla dolu fəci bir qəzaya qurban getmişlərdir.

Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadə nazirlikdə və baş vəkalətdə bulunduğunu söyləməklə ifadə ediləməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də “Türk Ədəmi-Mərkəziyyət Xalq Firqəsi” namilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsilə başlar. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir.

Nəsib bəylə məarifəmiz bu tarixdən daha əvvəl idi. Hərbi-ümumi sənələri idi. O, Gəncədə bələdiyyə idarəsi əzalığında, bən də Bakıda 1915-də təsis etdigim “Açıq söz” qəzetəsinin başında bulunuyorduq. Nəsib bəy idarə işləri üçün Bakıya sıx-sıx gəliyordu. Və hər gəlişində ilk ziyarətini “Açıq söz” idarəxanəsinə verirdi. Daha ilk görüşümüzdə rəhmətliklə aramızda kəndisindən ayrıldığımız son Mayıs 1920 günlərinədək zərrə qədər xələldar olmayan bir səmimiyyətlə davam edən bir dostluq təəssüs etmişdi.

Bu dostluğu, şu qədər mətin bağlarla, bir görüşmədə bağlayan şey, şübhəsiz müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhu müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdigi zamanlarda, bənə də Bakıda “Açıq söz” qəzetəsinə eyni tezi müdafiə edən bir baş məqalə yazdırtmışdı.

Nəsib bəy mərhumda onun əqrarında ali təhsil görmüş Azərbaycan münəvvərlərində əndər bulunan bir xüsusiyyət vardı. O, ədəbi türkcədə eyni mükəmməliyyətlə yazar və söylərdi. Vaxtilə Gəncədə açılan “Mədrəsəyi-ruhaniyyə” müəllimlərindən olub, eyni zamanda Gəncədə türkcə kitablara məxsus bir kitabxanə təsis edən Nəsib bəy, sonra Odessada hüquq fakültəsinə davam etmiş və bu surətlə ali təhsil görmüşdü.

Nəsib bəy, məşhur İsmayıl bəy Qasprinski, mərhum kəriməsi Şəfiqə xanım əfəndilə evlənərək, bu ailə ilə qərabət peyda etmiş və bir müddət Baxçasarayda qalaraq “Tərcüman” qəzetəsini dəxi idarə etmişdir.

Nəsib bəy qəzetəçilikdən maəda “Təslim” namində yazdığı, mövzusu əski üsul məktəb müəlliminin üsuli-cədid müəlliminə məğlubiyyətini hekayə edən məfkurəvi bir romanı ilə Azərbaycan ədəbiyyatında dəxi bir iz buraxmışdır.

1917 sənəsinin nisanında Bakıda toplanan Birinci Müsəlman Qafqasiya Qurultayı, sonradan Azərbaycan siyasi fəaliyyət sahəsində şu və ya bu şəkildə mövcudiyyət göstərən qüvvətləri bəlirtən bir məşhər hökmünü almışdı. Bu məşhərin ən qüvvətli və bariz şəxsiyyətlərindən birini də bizim Nəsib bəy təşkil ediyordu. Onun Qafqasiya qövmi xəritəsini açaraq yuxarıda qeyd etdigimiz qurultayda çox müəssir bir səslə “Kim dava (iddia) edə bilər ki, biz kəndini idarəyə səlahiyyətdar bir millət degiliz!” - dedigi hala qulaqlarımda çinliyor!

Bu qurultayda Nəsib bəy Gəncədə təsis etdigi “Ədəmi-Mərkəziyyət” firqəsinin mətbu proqramını tövzi ilə əsaslarını müdafiə etmişdi. Bu müdafiətində o, milliyyətçilik, türkçülük, xalqçılıq və modernizasyon prinsiplərinə istinad eyləmişdi. Nəsib bəyin zəkası yalnız bu müdafiətlə də qalmamış, o qurultayda eyni əsasları müdafiə edən “Müsavat” xalq firqəsi müməssilləri və “Açıq söz” qəzetəsini təmsil edən cərəyanla da anlaşaraq, bu yekdigərinə yaxın axıntıların böyük bir nəhr halında birləşmələrini təmin lüzumunu da görmüş və həmən tətbiqinə təşəbbüs etmişdi.

Bir tərəfdən Nəsib, digər tərəfdən Məhəmmədəli Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan cərəyanlarının kəndi aralarında əqdi-ittihad etdiklərinə aktif bir dəlil və şahid olmaq sifətilə milli Azərbaycan istiqlalçılıq hərəkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu “ittihadın” hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsbit etməliyəm. Bu “ittihad” üzərinə idi ki, Qafqasiya qurultayını mütəaqib “Türk Federalist “Müsavat” Xalq Firqəsinin” ilk qurultayı Bakıda toplanmış və bu toplanış siyasi Azərbaycan həyatında pək mühüm bir hadisə təşkil eyləmişdir.

Firqə qurultayında olduğu kibi, bundan sonrakı Azərbaycan siyasi həyatının müxtəlif səhifələrində dəxi Nəsib bəyi biz fəal bir xalq siyasisi olaraq görüyoruz. Gərək Rusiya Müəssisan Məclisi intixablarında, gərək Tiflisdə təşəkkül edən Mavərayi-Qafqaz Seymində Nəsib bəy milli siyasətin ən çətin və ən məsuliyyətli vəzifələrini ifa ediyor. Azərbaycan istiqlalının təəssüs etdigi dövrdə dəxi Nəsib bəy əvvəla məarif nəzarətində bulunmaq, sonra da 2 dəfə baş vəkalətə gəlmək surətilə aktif idarə işlərində bulunmuşdur.

Nəsib bəy Azərbaycan istiqlal hərəkatının ən müşkül zamanlarında istiqlalçılıq tezini hər dürlü tərəddüdlərdən ari olaraq, bütün səmimiyyətilə müdafiə edən milliyyətçi zümrənin daima səmimi və imanlı ərkanından olmuşdur.

Nəsib bəyin xatirəsi istiqlalçı Azərbaycan nəslinin zehnində səmimi bir milliyyətpərvər, demokrat və həqiqi bir radikal olaraq qalmışdır. Müasir Avropa kültürü ilə bərabər türkcədəki iqtidarı və milli həyat, ədəbiyyat və tarixi haqqındakı mərbutiyyət və əhatəsilə ərkanı arasında mümtaz bir mövqe tutan bu mücahidin üfulu bütün Azərbaycan gənclərini dərindən-dərinə mütəəssir eyləmiş, hər kəsin qəlbini ciddən qanatmışdır.

Mütəvazi bir xalq adamı, idealist bir siyasət əri, mütəqid bir demokrat, kəndi prinsiplərinə sadiq bir liberal, disiplinə tabe bir təşkilatçı olan Nəsib, eyni zamanda müsahibləri üzərində iyi təsir yapan, xalq ruhiyyatına aşina bir adamdı.

Bununla bərabər, Nəsib bəyi sevməyənlər də çox idi. Bu sevimsizlik üçün o, şübhəsiz müdafiəsində israr etdigi prinsiplərə mədyun idi. Müəyyən prinsipləri müəyyən bir istiqamətlə müdafiə edənlərin dostlar kibi, düşmənlər dəxi qazanmaları qədər təbii bir şey olamaz! Fəqət bu düşmənlər belə Nəsib bəyin şəxsini eqoizm şayibəsilə ittiham edəməmişlərdir. Bolşeviklər belə bir gün əvvəl atdıqları ittihamı 2-ci gün bizzat təkzib etmək məcburiyyətində qalmışlardır.

Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusiyyətini kamilən təhlil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqei olduğu kibi təsbit etmək üçün, məqaləmizin həcmi müsaid degildir. Bu qədər söyləyə biləriz ki, o, milli Azərbaycan demokrasisinin yetişdirdigi ən tipik müməssillərindən biridi. Öylə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formula etmək onun ismilə mərbutdur.

Sadə bu mərbutiyyət Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir.

Nisan matəmində intiqam əhdini təcdid edən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz, Nəsib bəyin şəhadətidir.

Müzəffər istiqlal nəslinin ilk yapacağı şükran vəzifələrindən birincisi siyasi azərbaycançılğın ilk mübəşşirlərindən Nəsib bəy namını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona birər abidə tikməkdən ibarət olmalıdır.

M.Emin 

İbrahimli Yusuf 

Mərhum Nəsib bəyə talesiz səfərində yoldaşlıq edən İbrahimli Yusuf Bakı civar köylərindən Keşləli idi. Yusuf əfəndi əmələdən yetişmə bir firqə adamı idi. “Müsavat” firqəsinin Bakı komitəsinə mənsub olan bu vətəndaş təşkilatçılığı ilə məruf olub, əmələ arasında sözükeçən çalışqan bir işçi idi.

M.E. (Məhəmməd Emin) 

Fətəli Xan 

Azərbaycan Cümhuriyyətinin ilk rəisi vükəlası və son xariciyə vəkili bulunan mərhum Fətəli Xan Milli Cümhuriyyətin təsisi və istiqlalının müdafiəsində parlaq hizmətləri keçmiş, xatirəsi istiqlalçı Azərbaycan nəslinin qəlbində əbədiyyən hörmət və məhəbbətlə saxlanacaq şəxis simalardandır. 1920-də Tiflisdə düşmənlərin göndərdigi xain qatillər tərəfindən öldürülmüşdür. (Tərcümeyi-halı üçün M.E.Rəsulzadə - Azərbaycan Cümhuriyyəti və “Azəri-Türk” il 1, sayı 10-a müraciət oluna)

Ağa oğlu Həsən bəy 

Azərbaycan Məbusanı ikinci rəisi Ağa oğlu Həsən bəy dəxi mərhum Fətəli Xan kibi Tiflisdə xain düşmənlər tərəfindən qətl edilmişdir. (Tərcümeyi-hal üçün “Azərbaycan Cümhuriyyəti” nam kitabla, “Azəri-Türk” il 1, sayı 13-ə müraciət oluna) 

Məhəmməd Bağır bəy 

İstilanın həmən 2-ci günü kəndi ailəsi nəzdindən alınaraq “Çeka”ya götürülən və oradan bir daha övdət etməyən mərhum Məhəmməd Bağır bəyin ismi istila qurbanları sırasında ən mötəna mövqe tutmağa layiq isimlərdən biridir.

Müstövlilər onu ilk sırada təqib etmək haqqındaydılar, çünki onların xainanə məqsədlərinə qarşı onun qədər canla və imanla mücadilə edən və bu mücadiləyi bacaran digər birisi yoxdu.

Məclisi Məbusan əzasında ikən mərhum, digərləri kibi, bu vəzifəyi sadə söz söyləmək və sırası gəldikcə tənqidatda bulunmaqdan ibarət bilənlərdən degildi. Məfkurənin tətbiqatında praktik bir mücahid xilqətində yaradılmış olan Məhəmməd Bağır bəy türkçülügünün bütün səfvəti, demokratlığının bütün səmimiyyəti, istiqlalçılığının bütün eşqi və azərbaycançılığının bütün hərarətilə daima təhlükəli və məsuliyyətli işlərə atılırdı. İştə bu xüsusiyyəti idi ki, onu qızıl qüvvət nəzərində aman verilməz bir düşmən halına qoymuşdu. Öylə ya, dəfalarla rus-bolşevik komplolarını açan, Moskva hesabına çalışan xainlərə göz verib də işıq verməyən Məhəmməd Bağır xain istilanı əfv edə bilərdimi?

Məhəmməd Bağır bəy Gəncənin məruf Şeyxzadə ailəsinə mənsub idi. Bu ailə milli ənənəyi, Azərbaycan xüsusiyyətini mühafizə etmiş bir ailəydi. Məhəmməd Bağır bəy mərhumda mənsub olduğu ailənin qeyd etdigimiz şu müsbət cəhətləri əzəmi surətdə mühafizə edilmişdi.

M.Bağır bəy idealist bir müsavatçı idi. Bütün mövcudiyyəti, ruhu və varlığı ilə böyük ideala bağlı bir istiqlalçı olan bu vətəndaş, eyni zamanda əqidəli bir demokrat idi. Kəndisi, mülk və topraq sahiblərindən ikən, firqə konqresində toprağın bədəlsiz olaraq mülkədarlardan alınaraq köylülərə verilməsini hərarətlə müdafiə etmişdir.

M.Bağır bəyi yaxından tanıyanlar onun şəxsində istiqlal mücadiləsinin nə kibi aktif bir mücahid və fədakar bir iş adamını qeyb etdigini bilirlər. İntiqam günləri yaxınlaşdıqca Məhəmməd Bağırların yeri daha ziyadə görünüyor və bu açıqlıq verdigi təsirlə intiqam almaq vəzifəsində bulunan istiqlalçı nəslin qeyrətini artırıyor!

Gündən-günə artan bu qeyrət, əziz şəhid əmin ol ki, ruhunu sevindirəcək, bu gün zəfər təranəsilə sərməst olan düşmənləri yerlərə göməcək və onun üzərində Məhəmməd Bağırlara şükran abidələri tikiləcəkdir!

Azəri (M.E.Rəsulzadə) 

Piri Mürsəlzadə 

İstiqlalçı Azərbaycan münəvvər gənc nəslinin idealist müməssili və Azərbaycan mətbuatının vətən müdafiəsinə verdigi qurbanlardandır. (Tərcümeyi-halı “Yeni Qafqasiya” il 1, nömrə 15-də) 

Qəbulzadə İslam bəy 

Azərbaycanın idealist müəllimlərindən, istiqlal fikrinin hərarətli mücahidi bulunan mərhum, qızıl istila üzərinə məmləkəti olan Zaqatalada qurşuna düzülmüşdür. (Tərcümeyi-halı “Yeni Qafqasiya” il 1, sayı 5-də) 

Köçərli Firidun bəy 

Azərbaycan müəllimlər babası, Azərbaycan ədəbiyyat tarixinin ilk tədqiqçisi, ağsaqqalı Firidun bəy Gəncə üsyanı üzərinə Qazaxda idarə etməkdə olduğu yüksək müəllim məktəbi müdürlügündə ikən, vəzifəsi başından alınaraq Gəncəyə gətirilmiş və orada edam edilmişdir. (Tərcümeyi-halı “Yeni Qafqasiya” il 1, sayı 3-də)

Dr. X.B.Rəfibəyli 

Məşhur vətənsevən Əliəkbər Rəfibəylinin oğlu Dr. operator Xudadat bəy Azərbaycanın işğalı üzərinə, Gəncədə vali ikən həbsə alınmış, axirən Gəncədə zühur edən üsyan əsnasında edam edlimişdir. X.B. vətənsevərligilə məruf cəsur və fədakar bir millət adamı idi.

General Tlexas 

İşğal əsnasında Bakı valii ümumisi bulunan general Murad geray Tlexas bolşeviklər tərəfindən mühakimə edilərək edama məhkum və bu hökm həmən icra edilmişdir. Murad gerayın bolşevik məhkəməsi hüzurunda göstərdigi mətanət dost-düşmən bütün Azərbaycan müxafilində böyük bir lisani təqdis və hörmətlə yad edilməkdədir. 

Vəsilə xanım 

Azərbaycan müəllimlərindən Vəsilə xanım qocası Əhməd bəyə qarşı göstərdigi bir əlaqədarlıq üzündən edam edilmişdir. Milli Azərbaycan Ordusu zabitanından bulunan Əhməd bəy Şəki-Zaqatala üsyanını idarə etmişdir.Üsyanın yatırılması üzərinə tövqif edilən Əhməd bəyin mühakiməsi əsnasında, edam qərarı oxunurkən məhkəmə salonunda hazır bulunan Vəsilə xanımın qocasına xitabən “Qorxma!” deyə bağırması kəndinin də südəmər çocuğundan ayrılaraq edamına mucib olmuşdur.

Qaytabaşı 

Azərbaycan ordusu ərkanı hərb əzasından bulunan Qaytabaşı, Bakının işğalı üzərinə qızıl ordu təşkilat məxsusəsi tərəfindən edam edilmişdir. 

Qasımzadə Qasım 

Baş vəkil mərhum Nəsib bəyin xüsusi katibligində bulunan Qasımzadə Qasım münəvvər Azərbaycan gənclərindən olub istilayi mütəaqib “Çeka” tərəfindən edam edilmişdir. (Tərcümeyi-halı “Yeni Qafqasiya” il 4, sayı 15-də) 

Həsənzadə Dadaş 

İstiladan sonrakı gizli mücadilə hərəkatını idarə edən Dr. Həsənzadə Dadaş rus çekistləri tərəfindən şəhid edilmişdir. (Tərcümeyi-halı “Yeni Qafqasiya” il 5, sayı 2-də)

“Odlu-Yurd”, 27 nisan 1929, № 3

Mötəna - mühüm, əhəmiyyətli
Müstövli - işğalçı
Səfvət - saflıq, təmizlik
Xatimə - son
Təəssüs - əsas
Əqran - eyni yaşda, eyni rütbədə olanlar
Əndər - nadir
Qərabət - qohumluq
Maəda - başqa
Məşhər - göstərmə, sərgi
Müəssir - təsirli
Mütəqid - bir şeyə inanan, etiqad edən
Mərbutiyyət - bağlılıq, aid olma
Üful - yoxluğu
Şayibə - ləkə, nöqsan, qüsur, şübhə 

Qeyd: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “İstila qurbanları” kitabçasını hazırlayıb nəşr etmək vacibdir. Bu sahədə Türkiyədə mücahidlərin M.E.Rəsulzadənin baş mühərrirliyi ilə nəşr olunan “Yeni Qafqasiya”, “Azəri-Türk”, “Odlu-Yurd” redaksiyaları xeyli əməli iş görmüşlər.  Ş.H. 

NADİR XANIN ZƏFƏRİ 

Amanullah xanın süqutilə başlayan Əfğanıstan faciəsi, nəhayət Nadir xanın zəfərilə qapanıyor.

Amanullahın Əfğanıstanı tərkindən sonra da müzəffər zənn olunan “Suçu oğlu” Həbibullaha qarşı mücahidədə səbat göstərən Nadir xan, nəhayət Kabili tutmaya müvəffəq olmuş və bu zəfərinin şükranı olmaq üzrə el böyükləri ilə ordu rəisləri tərəfindən Əfğan padişahı elan edilmişdir.

Həbibullahın süqutilə, heç şübhəsiz, Əfğanıstanın koyu təəssübünü təmsil edən qara bir qüvvət yenilmişdir. Həbibullah Amanullahın əleyhinə nəşr eylədigi bəyannamələrdə kəndi rejimini siyah peçeli bir qadın şəklində təsvir ediyordu. Bu zülmət pərdəsi yalnız əfğan qadınlığının üzünə degil, tərəqqi və istiqlal məfkurəsini tərviç edən bütün əfğan zümrə və müəssisələrini qaplamış bulunuyordu. Əfğanıstan hadisələri haqqında daha iyi məlumat ala bilən bəzi İran qəzetələri Həbibullah idarəsini ən koyu bir vəhşət və zülm idarəsi deyə tərif ediyorlar. Suçunun oğlu lüzumsuz vəhşətlər icrasından adətən zövq alır kibi imiş. Onun bu xüsusda göstərdigi şiddət bir an əvvəl süqutunu yaxınlaşdıran səbəblərdən mühümünü təşkil eyləmişdir. Fərzən Xəzərə qəbiləsindən əsir qadınları bazara çıxardaraq kəniz deyə satdırdığı və Amanullah ailəsinə mənsub ixtiyarlara belə aman vermiyərək həpsini öldürdügü yalnız xəzər ellərini degil, bütün əfğan qəbilələrinin namussevənliklərinə ağır gəlmiş və bu tüğyanlara qarşı kəndisindən üz çevirmiş, üsyan bayrağı qaldırmışlardır. Əlavə olaraq, başına topladığı cəngavərləri son zamanda doyurmaqdan aciz qalan Beçeyi Saqqa kəndinə məxsus, ünf və şiddətlə əhaliyi soymağa başlamış və bu surətlə bilxassə şəhər əhalisinin nifrətini üzərinə cəlb eyləmişdir.

İşbu səfehligi üzündən son zamanlarda əfğan üləması dəxi Həbibullahdan üz çevirmiş bulunuyormuş. Nadir xan siyasi əfğan simalarından iqtidarını əvvəlcədən isbat etmiş bir rəcül və bir komandandır. O Əfğanıstan istiqlalının ingilislər tərəfindən tanınması ilə nəticələnən 1919 səfərinin məşhur komandanı olduğu kibi, eyni zamanda Paris Səfarətində iyi təsir buraxmış siyasi bir müməssil idi. Nadir xan vaxtilə Hindistanda nəşr etdigi qəzetəsilə tərəqqi və istiqlal fikirlərini yaymış bir idealisdir də.

Nadir xan ilə Amanullah arasında vaxtilə bəzi görüş ixtilafları vaqe olmuşdu. Nadir xan əsasda islahat tərəfdarı olmaqla bərabər, Amanullahın müfrit metodlarını tərvic etməmiş və bundan dolayı səfarəti belə tərk eyləmişdi.

Amanullahın metoduna müxalif olan bu vətənsevən Həbibullahın tərəqqi əsaslarını yıxan təcavüzünə qarşı laqeyd qalmamış, göstərdigi əzimi səbat sayəsində kəndi məmləkətini koyu təəssübün zəfərindən, eyni zamanda da təkrar əsarətə düşmək təhlükəsindən qurtarmaq həmləsini göstərə bilmişdir.

Nadir xan tərəfindən təşkil olunan hökumət ilk olaraq əcnəbi dövlətlərə göndərdigi təbliğində Əfğanıstan istiqlalı ilə islahat əsasları üzərində durduğunu bilxassə qeyd eyləmişdir.

Heç şübhəsiz Nadir xan əfğan taxtına çox müstəsna bir şərait daxilində çıxmış bulunuyor. Bu şərait daxilində yenə ələ keçirdigi iqtidar mövqeini möhkəmləşdirmək üçün kəndisinə yapılacaq daha çox işlər vardır.

Bu çox məsuliyyətli və müşkül işlərdə kəndilərinə hər türlü müvəffəqiyyəti təmənnə edəriz. Bu təmənnamızda səmimiyiz, çünki, yeni təəssüs edən bu idarənin çox ehtiyatlı, etidallı, fəqət mətin bir əzimlə istiqlal, islahat və tərəqqi yolunda yürüyəcəgini ümid ediyoruz.

Nadir xanın zəfəri bizcə Amanullahın süqutu ilə Əfğanıstan cəbhəsində çox müdhiş bir zərbəyə uğramış bulunan Şərq radikalizmini təlafi edəcək böyük bir hadisədir. Bu böyük hadisədən dolayı Əfğan tərəqqi sevənlərini təbrik edəriz.

M.E.Rəsulzadə
”Odlu-Yurd”, ikinci təşrin (noyabr) 1929, № 9

Tərif - nadir
Fərzən - tutaq ki
Ünf - sərtlik
Təbliğ - xəbəri yetirmə

(Ardı var)

 





28.08.2017    çap et  çap et