525.Az

Ramazan ayı nə vaxt başlayır?


 

Ramazan ayı nə vaxt başlayır?<b style="color:red"></b>

Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12.16-da görünəcək: “Astronomik təqvimlə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır”.
 
Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02.52-də təzələnəcək.
 
Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.

 





23.05.2013    çap et  çap et