525.Az

Məşhur müğənni həbs oluna bilər- Video


 

Məşhur müğənni həbs oluna bilər- <b style="color:red">Video</b>

Rusiyanın ən tanınmış müğənnilərindən olan Vitasın adı 2 həftədir ki, xəbər başlıqlarından düşmür. Buna səbəb, müğənninin sərxoş halda avtomobil idarə edərkən velosiped sürücüsünü vurması olub. Müğənni ilə həyat yoldaşı da maşında olub. Ötən gün isə müğənni polis idarəsinə çağırılıb. Hadisədən məyus olduğunu və bu hadisənin müğənninin həyatında kritik situasiya olduğunu vurğulayıb.

Hadisə ilə işi araşdıran polislər Vitasın sürücülük vəsiqəsinin 1 ay əvvəl vaxtının bitdiyini aşkarlayıblar. Velosiped sürən qız isə müğənninin hadisə baş verən zaman onu ölümlə hədələdiyini iddia edir. Əgər bütün deyilənlər isbat olsa, Vitası 2 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, əvvəllər də müğənninin sərxoş avtomobil idarə etdiyinə görə sürüclük vəsiqəsi 2 dəfə əlindən alınıb.



 





23.05.2013    çap et  çap et